Axşam yeməyi yalnız aclığı yatırmaq üçün deyil, həm də sağlam həyat tərzi və yuxu keyfiyyəti üçün əhəmiyyətlidir.


 


Sfera.az xəbər verir ki, axşam yeməyində əsas diqqət zülal, tərəvəz və sağlam yağlara verilməlidir. Toyuq, balıq, yumurta və paxlalılar kimi zülal mənbələri həm toxluq hissi yaradır, həm də əzələ kütləsinin qorunmasına kömək edir. Brokoli, kələm, ispanaq və yerkökü kimi tərəvəzlər isə liflə zəngin olduqları üçün həzm sistemini dəstəkləyir.


 


Bundan əlavə, qəhvəyi düyü, yulaf və kinoa kimi kompleks karbohidratlar enerji verərkən, zeytun yağı, avokado və qoz-fındıq kimi sağlam yağlar ürək-damar sağlamlığı üçün faydalıdır. Şirniyyat və qızardılmış qidalardan uzaq durmaq tövsiyə edilir, çünki bu, həm piylənmə riskini azaldır, həm də yuxu keyfiyyətini yüksəldir. Qeyd edək ki, axşam yeməyini yatmadan ən azı 2-3 saat əvvəl yemək sağlam həyat tərzi üçün vacibdir.


 


Niyaz Hacıyev


Sfera.az