Sosial media platformalarının daimi qarşılıqlı əlaqə və yüzlərlə dost vəd etdiyi müasir dövrdə tənhalıq səssiz epidemiya kimi sürətlə yayılır.
Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Sosial Əlaqə Komissiyası tərəfindən dərc edilən hesabatda bildirilir ki, hazırda dünyada hər 6 nəfərdən 1-i tənhalıq problemi yaşayır.
Hesabata əsasən, tənhalıq hər saatda təxminən 100 ölümə, illik isə 871 mindən çox ölümə səbəb olur. ÜST sosial təcridi siqaret çəkmə, həddindən artıq spirtli içki qəbulu, piylənmə və digər ciddi sağlamlıq riskləri ilə eyni səviyyədə təhlükəli problem kimi qiymətləndirir.
Fidan Hacızadə
Sfera.az