“Qarabağ”da yanvar ayında ayrılıqlar yaşana bilər.


 


Sfera.az bildirir ki, namizədlərdən biri də Marko Yankoviçdir.


 


Monteneqrolu yarımmüdafiəçi ilə Yunanıstan nəhəngləri – “Olimpiakos” və “Panatinakos”, eyni zamanda Zaqreb “Dinamo”su yaxından maraqlanır.


 


Markoya olan maraq artıq yaydan bəri var. Lakin o zaman bu keçid baş tutmamışdı.


 


30 yaşlı futbolçunun “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayında bitir.


 


O, cari mövsüm 20 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.(fanat.az)