Parisdəki Yelisey Sarayında çalışan və gümüş-çini qab-qacaqdan məsul olan xidmətçi iki nəfərlə birlikdə oğurluq ittihamı ilə həbs edilib.


 


Sfera.az xəbər verir ki, şübhəlilər prezidentin rəsmi iqamətgahından tarixi əşyaları oğurlayaraq onlayn hərraclarda satmağa cəhd ediblər. Yelisey Sarayının baş meneceri bəzi milli irs sayılan əşyaların yoxa çıxdığını aşkar etdikdən sonra araşdırma başlayıb.


 


Oğurlanan əşyaların əksəriyyəti 1759-cu ildən fəaliyyət göstərən məşhur Sevr çini fabrikinə məxsusdur. Fabrik əməkdaşları bu əşyaların bəzilərini hərrac saytlarında gördükdən sonra hüquq-mühafizə orqanları hərəkətə keçib.


 


Məsələn, ictimaiyyət üçün əlçatan olmayan “Sevr Manufactory” yazılı külqabının satışa çıxarıldığı müəyyən edilib.


 


Polis xidmətçinin inventar qeydlərindən onun gələcək oğurluqları da planlaşdırdığını ehtimal edir. Onun evində, avtomobilində və şəxsi əşyaları arasında Sevr qabları, “Baccarat” şampanları və mis mətbəx əşyaları daxil olmaqla təxminən 100 əşya aşkarlanıb.


 


Şübhəlilər 26 fevralda məhkəmə qarşısına çıxarılacaq. Onları milli irsin oğurlanmasına görə 10 ilədək həbs və ya 150.000 avroya qədər cərimə gözləyir.


 


Aynil