Dünyanın ən ağıllı ölkələrini müəyyən edən yeni araşdırmanın nəticələri açıqlanıb. Qiymətləndirmə zamanı Nobel mükafatı namizədlərinin sayı, əhalinin orta IQ səviyyəsi və ali təhsil göstəriciləri kimi meyarlara əsaslanılıb.
Sfera.az xəbər verir ki, reytinqin lideri İsveçrə olub – ölkə 92.02 ümumi bal toplayaraq birinci yeri tutub. İsveçrədə orta IQ 99.24-dür, əhalinin 40.02%-i bakalavr, 18.05%-i isə magistr və ya daha yüksək dərəcəyə malikdir.
İkinci yerdə Böyük Britaniya (89.4 bal), üçüncü yerdə isə ABŞ (89.18 bal) qərarlaşıb. ABŞ-da Nobel namizədlərinin sayı 5717 ilə ən yüksək göstəricidir, lakin orta IQ 97.43-dür.
Dördüncü yeri 100.74 orta IQ ilə Niderland, beşinci yeri isə Belçika (97.49 IQ) tutur. İlk onluqda həmçinin İsveç, Almaniya, Polşa, Danimarka və Finlandiya yer alıb. Maraqlıdır ki, Finlandiya 101.20 ilə ən yüksək IQ göstəricisinə sahibdir.
Araşdırmanı aparan “World of Card Games” platformasının təsisçisi Holger Sindbæk qeyd edib ki, bu reytinqlər ölkələrin təhsil və elmi tədqiqatlara uzunmüddətli investisiyalarının nəticəsidir. Onun sözlərinə görə, İsveçrənin liderliyi kiçik ölkələrin belə keyfiyyətə fokuslanaraq böyük nailiyyətlər əldə edə biləcəyini sübut edir.
Ən ağıllı 10 ölkə:
1. İsveçrə
2. Böyük Britaniya
3. ABŞ
4. Niderland
5. Belçika
6. İsveç
7. Almaniya
8. Polşa
9. Danimarka
10. Finlandiya
Aynil