Hollivud aktyoru Makoley Kalkinin kiçik oğulları məşhur “Evdə Tək” (“Home Alone”) film seriyasına böyük maraq göstərirlər. Lakin onlar hələ də filmdə baş rolu – Kevin Makkallisteri – məhz atalarının canlandırdığından xəbərsizdirlər.
Sfera.az xəbər verir ki, aktyor bu barədə “Mifik Mətbəx” adlı televiziya proqramında danışıb. Onun sözlərinə görə, 4 yaşlı Dakota və 3 yaşlı Karson filmi nağıl kimi izləyir, lakin ekrandakı uşağın onların atası olduğunu anlamırlar. Kalkin bu sirri bilərəkdən gizli saxladığını və bu vəziyyəti mümkün qədər uzun müddət davam etdirmək istədiyini bildirib.
Bununla belə, aktyor etiraf edib ki, böyük oğlu artıq müəyyən şübhələrə düşüb. Belə ki, Makoley ona uşaqlıq fotosunu göstərərkən Dakota ağıllıcasına şəkildə “Bu uşaq Kevinə bənzəyir” deyib. Aktyor isə həqiqəti açıqlamamaq üçün söhbəti tez dəyişdirdiyini bildirib.
Makoley Kalkinin şəxsi həyatı
Makoley Kalkin 2017-ci ildə aktrisa və model Brenda Sonq ilə “Dəyişikliklər diyarı” filminin çəkilişləri zamanı tanış olub. Cütlüyün ilk övladı – Dakota Sonq Kalkin – 2021-ci ilin aprelində, ikinci oğlu Karson isə 2022-ci ilin dekabrında dünyaya gəlib.
Qeyd edək ki, aktyor “Evdə Tək” filminin mümkün davamında Kevin Makkallister obrazına qayıtmaq ehtimalına açıq olduğunu bildirib. Hətta o, bu məşhur hekayəyə yeni nəfəs verəcək süjet ideyasını da bölüşüb.
Aynil