"Qızımın ayağına dəyəcək daş, mənim ürəyimə dəysin".


 


Sfera.az xəbər verir ki, bu sözləri ictimai fəal, idmançı Kamil Zeynallı deyib.


 


"Rəngarəng" verilişində qonaq olan Kamil qızı Sahilə haqda danışıb:


 


"Həyatda hər kəsin həssas nöqtəsi var. Analar başqa, amma övlad başqa şeydir. Mən qız övladına həsr olunan mahnılara qulaq asa bilmirəm, toyda "Vağzalı" çalınanda ağlayıram, zaldan çıxıram. Ata-ilə gəlinin rəqsini görəndə dözə bilmirəm. Həyatdakı ən zəif, həm də ən güclü nöqtəm qızımdır. Həm mənə güc verir, həm kövrəlirəm. Bu həyatı ona görə yaşayıram".\azxeber.com