Cəlilabad rayonunda piyadanı avtomobil vuraraq öldürüb.


 


Sfera.az-ın  məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.


 


Dünən saat 17:30 radələrində yolu keçmək istəyən kənd sakini, "Ford Transit" markalı avtomobil 1947-ci il təvəllüdlü Südavər Quliyevanı vurub.


 


Qəza nəticəsində ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.


 


Həkimlərin səylərinə baxmayaraq, o, bu gecə saat 03:00 radələrində xəstəxanada həyatını itirib.


 


Faktla bağlı araşdırma aparılır.