Dünyada ən gözəl qadınlar seçilən zaman yalnız subyektiv zövqlərə deyil, elmi və estetik meyarlara əsaslanaraq hazırlanır.
Sfera.az-ın məlumatına əsasən, beynəlxalq araşdırmalar və media reytinqləri göstərir ki, bu cür siyahılarda əsas rol oynayan faktor üz simmetriyası və “Qızıl Nisbət” anlayışıdır.
Analizlərə görə, bir insanın iki yanaq arasındakı uzunluq, alnın və çənənin arasındakı uzunluğa bölündüyü təqdirdə 1,6 çıxırsa bu, insan gözəl hesab edilir. Bu meyar əsasında tərtib olunan son siyahılarda dünyanın ən gözəl xanımları arasında tanınmış aktrisalar, modellər və müğənnilər yer alıb.
Dünyanın ən gözəl xanımları arasında britaniyalı aktrisa Codi Komer, ABŞ aktrisası Zendaya, supermodel Bella Hadid, müğənni və prodüser Beyons, müğənni Ariana Qrande, müğənni-bəstəkar Teylor Svift, model Jordan Dann, media siması Kim Kardaşyan, hindistanlı aktrisa Dipika Padukon və Cənubi Koreyalı model və aktrisa HoYeon Conq yer alır.
Məlumata görə, bu siyahıya düşən qadınların üz quruluşu simmetriya baxımından ideal göstəricilərə daha yaxındır. Gözlərin məsafəsi, burun-dodaq nisbəti, çənə və alın ölçüləri xüsusi proqramlar vasitəsilə analiz edilib.
Qeyd edək ki, gözəlliyin ölçülməsi üz cizgilərinin riyazi harmoniyası, cizgilərin balanslı görünüşü, insanın ümumi imici və özünəinamı və dövrə uyğun gözəllik anlayışı ilə ölçülür.
Bununla yanaşı, bildirirlər ki, gözəllik tam mənada obyektiv anlayış deyil. Mədəniyyət, coğrafiya və şəxsi zövqlər bu anlayışa ciddi təsir göstərir.
Fidan Hacızadə
Sfera.az