Sumqayıtda 19 yaşlı qız yaşayış binasından yıxılıb.


 


Sfera.az xəbər verir ki, hadisə dekabrın 22-si saat 20 radələrində şəhərin 10-cu mikrorayonu ərazisində baş verib.


 


2006-cı il təvəllüdlü Aysel Əlizadə yaşadığı 4-cü mərtəbədəki mənzilin eyvanından yıxılıb. O, ağır xəsarətlər alıb və xəstəxanaya çatdırılıb.


 


Faktla bağlı araşdırmalar aparılır.