ABŞ Prezidenti Donald Tramp “The New York Times (NYT) qəzetini” milli təhlükəsizliyə ciddi təhdid hesab edir və onun yalan məlumatlar yaymasına son qoyulmasını tələb edib.


 


Sfera.az xəbər verir ki, Tramp “Truth Social” platformasında yazıb ki, NYT-nin uğursuzluğu, yalanları və faktların qəsdən təhrif edilməsi ölkənin milli təhlükəsizliyi üçün ciddi təhlükə yaradır. O, qəzetin fəaliyyətini “radikal solçu, dəli davranış” adlandırıb və yanlış məqalələrə son qoyulmalı olduğunu vurğulayıb.


 


Prezident həmçinin NYT-ni “xalqın əsl düşməni” adlandırıb. Tramp daha əvvəl qəzetə qarşı 15 milyard dollarlıq iddia qaldırmış və onu 2024-cü il prezident seçkilərində rəqibi, o zaman vitse-prezident olan Kamala Harrisi açıq şəkildə dəstəkləməkdə, eləcə də özünə, ailəsinə və yaxın ətrafına böhtan atmaqda ittiham etmişdi.


 


Niyaz Hacıyev


Sfera.az