Bu gün İran prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Azərbaycanda səfərdə olub.



 


Sfera.az xəbər verir ki, məlumatı “Azad İran” Telegram kanalı yayıb.




Zəhra Pezeşkian Bakıda “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir texnologiyalar və beynəlxalq əməkdaşlıq” adlı konfransda iştirak edib.

 


Z.Pezeşkian tədbirdə Azərbaycan dilində çıxış edib və çıxışını Şəhriyarın məşhur “Salam, Heydərbaba” poemasından bir parça ilə yekunlaşdırıb.