“Lu-Mun Holding”ə daxil olan broyler istehsalçısı Azerbaijan Poultry Company MMC-nin (“Mərcan”) rəhbərliyində dəyişiklik olub.


 


Sfera.az xəbər verir ki, Kənan Məmmədli Xanoğlan oğlu şirkətin direktoru təyin edilib.


 


Məlumata görə, Kənan Məmmədli cari ilin yay aylarından etibarən paralel olaraq holdinqin rəhbəri vəzifəsini də icra edir. Şirkətə 2021-ci ildən bu günə qədər Pərviz Hacıyev Yaqub oğlu rəhbərlik edib.


 


Qeyd edək ki, müəssisə 2012-ci ildə “Ucar Aqro” MMC adı ilə təsis olunub. 2016-cı ildən etibarən “Garant Agro” MMC, daha sonra isə “Azerbaijan Poultry Company” MMC adı altında fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 74,46 milyon manat təşkil edir və ölkə bazarında “Mərcan” brendi altında toyuq məhsulları istehsal olunur.( kredit.az)