"Azərbaycan Dəmir Yolları" QSC regionlararası istiqamət üzrə daha bir marşrutu istifadəyə verəcək.


 


ADY-dən Sfera.az-a verilən məlumata görə, rahat və komfortlu səyahətini təmin etmək məqsədilə Azərbaycanın iki mədəniyyət və turizm mərkəzini birləşdirəcək müasir qatar yaxın günlərdə sərnişinlərin xidmətində olacaq.


 


İctimaiyyətə öncədən ətraflı məlumat təqdim ediləcək.