İran İraq elektrik stansiyalarına qaz təchizatını tamamilə dayandırıb.


 


Sfera.az xəbər verir ki, bunu İraq Elektrik Enerjisi Nazirliyinin sözçüsü Əhməd Musa deyib. 




"İran tərəfi Elektrik Enerjisi Nazirliyinə teleqram göndərərək gözlənilməz hallar səbəbindən qaz təchizatının tamamilə dayandırılması barədə məlumat verib. İran qaz təchizatı tamamilə dayandırılıb və nəticədə şəbəkədə 4000 ilə 4500 meqavat arasında elektrik enerjisi itkisi baş verib", - deyə Musa bildirib.