İspaniyalı müğənni Enrike İqlesias (50) və keçmiş tennisçi Anna Kurnikova (44) dördüncü övladlarını qarşılayıblar.
Sfera.az bildirir ki, cütlük bu xəbəri “İnstaqram”da “Bizim kiçik günəşimiz” başlığı ilə paylaşdıqları foto ilə elan ediblər.
Körpənin cinsi hələ açıqlanmayıb. Yeni doğulan körpənin üç böyük bacı və qardaşı var.
Xatırladaq ki, cütlük 2001-ci ildən birlikdədir və 2023-cü ildə münasibətlərini rəsmiləşdiriblər.
Aynil