Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Liviya Baş Qərargah rəisininin olduğu təyyarə ilə əlaqənin kəsilməsini təsdiqləyib.


 


Sfera.az xəbər verir ki, Yerlikaya "X" sosial şəbəkəsində yazıb:




"Bu gün saat 20:10-da 9H-DFJ quyruq nömrəli Falcon 50 biznes təyyarəsi Ankaranın Esenboğa Hava Limanından Tripoliyə yola düşüb. Lakin təyyarə ilə əlaqə saat 20:52-yə qədər kəsilib.


 


Bu təyyarənin Haymana bölgəsinə təcili eniş etdiyi bildirilib və bundan sonra təyyarə ilə əlaqə bərpa olunmayıb.


 


Təyyarədə Liviya Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla beş sərnişin olub.


 


Gedişatla bağlı ictimaiyyətə məlumat veriləcək".