Rusiya -Ukrayna müharibəsində iştirak edən azərbaycanlıdan aylardır xəbər yoxdur.
Sfera.az xəbər verir ki, Qazax rayonu Quşçu Ayrım kənd sakini Sənani Məmmədov Əziz oğlu Ukraynada gedən döyüşlər zamanı itkin düşüb.
Məlumata görə, Sənani Məmmədov Rusiya Silahlı Qüvvələrinin tərkibində hərbi əməliyyatlarda iştirak edib. Onunla ailəsi uzun müddətdir əlaqə saxlaya bilmir.