ABŞ Prezidenti Donald Tramp bir sıra Amerika televiziya kanallarını kəskin tənqid edərək, onların xəbər və əyləncə proqramlarında özünə və Respublikaçılar Partiyasına qarşı demək olar ki, yalnız mənfi mövqe sərgilədiklərini iddia edib.
Sfera.az xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“Əgər televiziya xəbər buraxılışları və onların axşam şouları Prezident Donald Trampa, MAGA hərəkatına (Make America Great Again) və Respublikaçılar Partiyasına qarşı təxminən 100 faiz mənfidirsə, bu kanalların son dərəcə dəyərli yayım lisenziyaları ləğv edilməməlidirmi? Məncə, bəli”, – deyə Tramp bildirib.
O, həmçinin “CBS”, “ABC” və “NBC” telekanallarında yayımlanan gecə əyləncə proqramlarının aparıcılarını da tənqid edərək, onları istedad çatışmazlığı, yüksək maaşlar və son dərəcə aşağı reytinqlərin birləşdirdiyini bildirib.
Niyaz Hacıyev
Sfera.az