Xaçmaz rayonunun Ortaoba kəndində ev sahibinin yanıb ölməsı ilə nəticələnən yanğının bəzi təfərrüatı məlum olub.
Sfera.az xatırladır ki, gecə saatlarında Ortaoba kəndində ümumi sahəsi 200 kv.m olan 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evi tam yanıb.
Yanmış evdən ev sahibi, 67 yaşlı Məhəmməd Pirquliyevin meyiti tapılıb.
Yanğının başvermə səbəbi açıqlanmır.