Əməkdar artist Könül Kərimova yenidən kökəldiyini bildirib.
Sfera.az xəbər verir ki, müğənni bu haqda "Xəzər axşamı" verilişində deyib. O bildirib ki, həkim ona yenidən artıq çəki aldığını bildirib:
"Həkim dedi ki, 1 kiloqram kökəlmisən. Buna görə depressiya yaşayıram. Yaxşı olmadı, heç kefim yoxdur".
Qeyd edək ki, K.Kərimova 15 kiloqram çəki atdığını açıqlayıb. Müğənni sağlam qidalanma yolu ilə artıq çəkilərindən xilas olmağa çalışdığını bildirib.axşam.az