Rusiya növbəti on ildə Ayda nüvə elektrik stansiyası tikməyi planlaşdırır.


 


Sfera.az xəbər verir ki, bu barədə "Roskosmos" açıqlama yayıb.


 


Bildirilib ki, 2036-cı ilə qədər Ay elektrik stansiyası tikmək planlaşdırılır və bunun üçün "Lavochkin Association" aerokosmik şirkəti ilə müqavilə imzalanıb.


 


Stansiyanın açıqlamasına görə, burada məqsəd roverləri və Rusiya-Çin birgə Beynəlxalq Ay Tədqiqat Stansiyasının infrastrukturunu enerji ilə təmin etməkdir:


 


"Layihə daimi fəaliyyət göstərən elmi ay stansiyasının yaradılması və birdəfəlik missiyalardan uzunmüddətli ay tədqiqat proqramına keçid istiqamətində mühüm addımdır".