Rusiya rublu son 12 ay ərzində 1994-cü ildən bəri ən güclü möhkəmlənmə nümayiş etdirərək, 2025-ci ildə əsas valyutaların dollara qarşı məzənnələrini geridə qoyub.


 


Sfera.az bildirir ki, oxu.az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.


 


Məlumata görə, Rusiya rublu 2025-ci ildəki artımı sayəsində platin, gümüş, palladium və qızıldan sonra dünyanın ən gəlirli ilk beş aktivi sırasına daxil olub.


 


İlin əvvəlindən bəri rubl 45% möhkəmlənib və hazırda dollar qarşısında təxminən 78 rubl səviyyəsində ticarət olunur.


 


Bildirilir ki, rublun bahalaşmasına Rusiyada xarici valyutaya olan tələbatın azalması təsir göstərib. Rusiya Mərkəzi Bankının mövcud pul-kredit siyasəti sayəsində rusiyalılar üçün rubl aktivləri daha cəlbedici hala gəlib ki, bu da valyutanın yüksəlməsinə səbəb olub.