Şuşada Avtovağzalın tikintisi də planlaşdırılır.


 


Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.


 


O bildirib ki, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda ümumi uzunluğu 12,7 km olan (hər iki istiqamət üzrə) 7 yol tuneli tikilib:


 


"Qarabağ küçəsindən Çuxur məhəlləsi istiqamətində (“Torpaq Meydanı”na doğru) yol və yeraltı kommunal xətlər çəkilib.


 


Ağdam–Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi nəticəsində Şuşa şəhərinə məsafə azalıb.


 


Şəhərdaxili bir marşrut üzrə 4 elektrik avtobusu fəaliyyətə başlayıb. Tam elektrikli avtobus nəqliyyatı fəaliyyət göstərir".


 


O əlavə edib ki, Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsi hazırlanır.