Türkiyənin məşhur pop müğənnisi İrem Derici uzun müddətdir gizli saxladığı sağlamlıq problemlərini ilk dəfə açıqlayıb. 




Sfera.az xəbər verir ki, qatıldığı “YouTube” proqramında sənətçi xroniki yuxusuzluq və epilepsiya diaqnozlarını bölüşüb.




İrem Derici bildirib ki, oktyabr ayından etibarən həm zehni, həm də fiziki olaraq çətin bir dövrdən keçir. Müxtəlif həkimlərin fərqli diaqnozları ilə qarşılaşdığını qeyd edən müğənni deyib: 




“Dünən psixiatrdan gəldim və öyrəndim ki, xroniki yuxusuzluqdan əziyyət çəkirəm. Bu mənim son diaqnozumdur”.




Gündə 24 saat oyaq qaldığını və bunun səbəbinin nevroloji pozğunluq olduğunu vurğulayan Derici həkiminin ona “Psixologiyanız pozulmayıb, nevroloji pozğunluğunuz var. Bunu dərmanla həll edəcəyik” - dediyini bildirib.




Müğənni həmçinin 2017-ci ildən bəri epileptik tutmalar yaşadığını etiraf edib. Reper Sefo ilə studiyada duet hazırlayarkən tutma keçirdiyini xatırladan İrem Derici həmin an ətrafdakılar tərəfindən ciddi qəbul edilmədiyini, zarafat etdiyini düşündüklərini söyləyib.




Derici onu da bildirib ki, bundan sonra nevroloji problemlərin qarşısını almaq üçün müntəzəm olaraq dərman kursuna başlayacaq.


 


Mənsumə

Sfera.az