Konqo Demokratik Respublikasının İturi əyalətində Ebola epidemiyasından ölənlərin sayı durmadan artır. 


 


Sfera.az bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında ölümcül Ebola epidemiyası ilə əlaqədar təcili yardım komitəsinin iclasını keçirəcək.


 


Konqo Demokratik Respublikasının səhiyyə naziri Samuel Rocer Kamba epidemiyanın təxmin edilən ölüm sayının 131-ə çatdığını açıqlayıb.


 


Konqo Demokratik Respublikası (KDR) hökumət sözçüsü Patrik Muyaya, İturi əyalətindəki Nyankunde bölgəsinin və Şimali Kivu əyalətindəki Katva bölgəsinin də Ebola epidemiyasından təsirləndiyini açıqlayıb. Muyaya, Katvada 2 təsdiqlənmiş halın, Şimali Kivu əyalətinin paytaxtı Qomada isə 1 halın qeydə alındığını bildirib.


 


Konqo hakimiyyəti, Ebola epidemiyasında halların sayının 435-ə, ölüm sayının isə 131-ə çatdığını bildirərək əlavə edib ki, qruplar epidemiyanın nəzarət altına alınması üçün sahədə işlərini davam etdirirlər.


 


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında sürətlə yayılan Ebola epidemiyası ilə əlaqədar bu gün fövqəladə komitə iclası keçirəcək.


İclas ÜST-ün epidemiyanı "beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti" elan etməsindən iki gün sonra keçirilir.


 


ÜST-ün Konqo Demokratik Respublikasındakı nümayəndəsi Anne Ancia, Ebola epidemiyasının uzun müddət davam edə biləcəyi barədə xəbərdarlıq edib.


 


"Düşünmürəm ki, bu epidemiya iki ay ərzində bitsin"- deyə Ancia Cenevrədə jurnalistlərə verdiyi açıqlamada bildirib.


 


Bölgədə əvvəlki Ebola epidemiyasının iki il davam etdiyini xatırladan Ancia, mövcud epidemiyanın da uzun müddət davam edə biləcəyini qeyd edib.