Almaniyanın “Frayburq” və İngiltərənin “Aston Villa” komandaları bu gün UEFA Avropa Liqasının final oyununda qarşılaşacaqlar. 


 


Sfera.az xəbər verir ki, Avropanın ikinci ən nüfuzlu klub turnirinin həlledici görüşü Türkiyənin İstanbul şəhərində yerləşən “Beşiktaş Park” stadionunda keçiriləcək.


 


Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


 


Hər iki komanda tarixində ilk dəfə Avropa Liqasının kubokunu qazanmağa çalışacaq. Final oyununun gərgin və maraqlı mübarizə şəraitində keçəcəyi gözlənilir.




Niyaz Hacıyev 

Sfera.az