Londonun “Arsenal” klubu  2003/04 mövsümündən bəri ilk dəfə İngiltərə Premyer Liqasının qalibi olub. 




Sfera.az xəbər verir ki, çempionluq “Bornmut” - “Mançester Siti” matçının 1:1 hesabı ilə başa çatmasından sonra rəsmiləşib.




37 turdan sonra “Arsenal” 82 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Mançester Siti” isə 78 xalla ikinci pillədə yer alıb. Mövsümün başa çatmasına hər iki komandanın bir oyunu qalıb.




London təmsilçisi sonuncu dəfə 2003/04 mövsümündə çempion olmuşdu. Həmin mövsümdə komanda bütün çempionatı məğlubiyyətsiz başa vuraraq tarixə düşmüşdü. “Arsenal” bununla da Premyer Liqa tarixində 14-cü çempionluğunu qazanıb. Klub bu göstəricidə yalnız “Mançester Yunayted” və “Liverpul” klublarından geri qalır. Hər iki klubun aktivində 20 çempionluq var.




İspaniyalı mütəxəssis Mikel Arteta 2019-cu ildən “Arsenal”ın baş məşqçisidir. O, daha əvvəl Xosep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti”də köməkçi məşqçi kimi fəaliyyət göstərib. Artetanın rəhbərliyi dövründə London klubu 2020-ci ildə İngiltərə Kubokunu, 2020 və 2023-cü illərdə isə İngiltərə Superkubokunu qazanıb.




Qeyd edək ki, “Arsenal” mayın 30-da UEFA Çempionlar Liqasının finalında “Paris Sen-Jermen” ilə üz-üzə gələcək. 


 


Niyaz Hacıyev 

Sfera.az