“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes əməliyyat olunub və 2026-cı il Dünya Kubokunda iştirak etməyəcək.


 


Sfera.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.




Bildirilib ki, futbolçu İspaniya çempionatının 37-ci turunda “Betis”ə qarşı keçirilən və “Barselona”nın 3:1 hesablı qələbəsi ilə başa çatan matçda sağ ayağının beşinci metatarsal sümüyünü sındırıb. Bu səbəbdən o, əməliyyat olunub və mundialı buraxacaq.




Qeyd edək ki, 23 yaşlı Fermin Lopes 2023-cü ilin iyulundan “Barselona”da çıxış edir. O, Kataloniya təmsilçisi ilə iki dəfə İspaniya çempionu (2025, 2026), bir dəfə İspaniya Kubokunun (2025) və bir dəfə İspaniya Super Kubokunun (2026) qalibi olub. Futbolçu 2024-cü ildə isə İspaniya millisi ilə həm Avropa çempionu, həm də Olimpiya çempionu adını qazanıb.


 


Niyaz Hacıyev 

Sfera.az