Yetərsiz yuxunun insan sağlamlığına təsiri ilə bağlı aparılan araşdırmalar narahatedici nəticələr ortaya qoyur.
Sfera.az xəbər verir ki, gecə ərzində 6 saatdan az yatmaq beynin fəaliyyətinə alkoqol istifadəsinə bənzər mənfi təsirlər göstərə bilər.
Araşdırmalara görə, yuxu çatışmazlığı motor koordinasiyasını zəiflədir, qərarvermə prosesini ləngidir və əhval dəyişikliklərinə səbəb olur. Bununla yanaşı, yaddaş və diqqət funksiyalarında da ciddi zəifləmə müşahidə edilir. Nəticədə insanın reaksiya sürəti azalır və zehni məhsuldarlıq aşağı düşür.
Alimlər qeyd edirlər ki, uzun müddət yuxusuz qalmaq gündəlik həyatda sərxoşluq zamanı müşahidə olunan idrak zəifləməsinə oxşar vəziyyət yarada bilər. Xüsusilə avtomobil idarəetməsi, iş fəaliyyəti və diqqət tələb edən digər sahələrdə bu vəziyyət risk faktoruna çevrilir.
Fidan Hacızadə
Sfera.az