Türkiyənin tanınmış müğənnisi Sıla Gençoğlu sosial şəbəkələrdə yayılan son görüntüsü ilə yenidən gündəmə gəlib. Sənətçinin yeni fotoları qısa zamanda geniş yayılaraq istifadəçilər arasında müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, paylaşılan kadrlarda Sılanın əvvəlki görünüşünə nisbətən fərqli imicdə olması diqqət çəkib. Xüsusilə üz cizgilərindəki dəyişiklik və çəki itirməsi sosial media istifadəçilərinin əsas müzakirə mövzularından birinə çevrilib. Bir çox istifadəçi onun yeni görünüşünü əvvəlki illərlə müqayisə edərək fərqlərin aydın şəkildə hiss olunduğunu qeyd edib.
Sosial şəbəkələrdə yayılan şərhlərdə bəzi istifadəçilər Sılanı məşhur müğənni İrem Derici ilə bənzədiblər. Bu müqayisələr xüsusilə vizual oxşarlıq və ümumi imic dəyişimi üzərindən aparılıb. Lakin digər bir qrup izləyici bu bənzətmələrlə razılaşmayaraq Sılanın özünəməxsus üslubunu qoruduğunu vurğulayıb.
Müzakirələr genişlənsə də sənətçi mövzu ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib. Onun son görüntüləri isə sosial mediada gündəmdə qalmağa davam edir.
Mənsumə
Sfera.az