Məşhur aktrisa Serenay Sarıkaya ilə bağlı İstanbulda aparılan narkotik istintaqı çərçivəsində saxlanılma iddiası gündəmə gəlib.


 


Sfera.az xəbər verir ki, 21 may tarixində Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən məşhurları əhatə edən narkotik istintaqı üzrə 25 nəfər haqqında tədbir görülüb. Bu çərçivədə Serenay Sarıkayanın da adı siyahıya daxil edilib. İddialara əsasən, xaricdə olduğu bildirilən aktrisa Türkiyəyə qayıtdıqdan sonra İstanbulda saxlanılıb.


 


Onun ilkin ifadəsində “xəbəri xaricdə olarkən aldığını, ən qısa zamanda ölkəyə qayıdaraq bütün hüquqi prosedurları yerinə yetirəcəyini” dediyi qeyd olunub. İstanbul Vilayət Jandarma Komandanlığı tərəfindən həyata keçirilən əməliyyatlar Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar daxil olmaqla İstanbulun bir sıra rayonlarında, eləcə də Muğlada ümumilikdə 25 ünvanda eyni vaxtda aparılıb.


 


İstintaq çərçivəsində bəzi şəxslərin də saxlanıldığı, o cümlədən həkim Mehmet Rahşanın həbs edildiyi bildirilir. Qeyd edək ki, məsələ ilə bağlı rəsmi qurumlardan və ya Serenay Sarıkayadan yekun təsdiqlənmiş açıqlama hələlik verilməyib.


 


Mənsumə


Sfera.az