Tehran ABŞ ilə danışıqlarda nüvə məsələsi ilə bağlı heç bir öhdəlik götürməyib.




Sfera.az xəbər verir ki, bu barədə İSNA agentliyi yüksək vəzifəli İran diplomatına istinadən məlumat yayıb.




“The Washington Post” qəzeti yüksək vəzifəli Amerika rəsmisinə istinadən bildirib ki, İran və ABŞ arasında hələ təsdiqlənməmiş çərçivə sazişi Tehranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsini nəzərdə tutur.




Diplomat qəzetin bu iddiasının yalan olduğunu söyləyib:


 


"ABŞ ilə ilkin razılaşmanın layihəsində digər tərəfə nüvə məsələsi və yüksək dərəcədə zənginləşdirilmiş uranla bağlı heç bir öhdəlik verilməyib".




Onun sözlərinə görə, ABŞ ilə razılaşma əldə olunacağı təqdirdə, nüvə məsələsi 60 günlük danışıqların mövzusuna çevriləcək və bunun müqabilində ABŞ sanksiyaları ləğv etməli, aktivləri dondurulmamış vəziyyətdən çıxarmalı və Amerika qüvvələri İrana bitişik bölgələri tərk etməlidir.




Firuzə Əliyeva

Sfera.az