İran xaricdə dondurulmuş aktivləri geri qaytarılmayana qədər ABŞ ilə hər hansı bir danışıqlara getməyəcək.


 


Sfera.az bildirir ki, bu barədə məlumatı "Fars" agentliyi yayıb. Məlumata görə, rəsmi Tehran xaricdəki aktivlərinin dondurulması barədə qərar tamamilə ləğv edilənə qədər Vaşinqtonla dialoqu bərpa etmək niyyətində deyil.


 


Hazırda İranın danışıqlar qrupu Qətərə səfərləri çərçivəsində əvvəllər dondurulmuş vəsaitlərə çıxış mexanizmi ilə bağlı qalan son fikir ayrılıqlarını həll etməyə çalışır.


 


Qeyd edək ki, daha əvvəl "Tasnim" xəbər agentliyi Tehran və Vaşinqton arasında sülh sazişinin bir hissəsi olacaq anlaşma memorandumuna əsasən, İranın təxminən 24 milyard dollar dəyərindəki vəsaitinin blokdan çıxarıla biləcəyi barədə məlumat yayıb.


 


Bəsti Rəfizadə


Sfera.az