Məşhur aktrisa Beren Saat yaxın dostu Esra Dermancıoğlunun “YouTube” proqramında verdiyi açıqlamalarla yenidən gündəmə gəlib.
Sfera.az xəbər verir ki, Beren Saat ilə Esra Dermancıoğlu “Fatmagülün Suçu Ne?” serialından illər sonra yenidən bir araya gələrək səmimi söhbət ediblər.
Verilişdə həm keçmiş layihələr, həm də televiziya sənayesində baş verən dəyişikliklər müzakirə olunub.
“Aşkı Memnu” serialındakı “Bihter” obrazı haqqında danışan Beren Saat maraqlı etirafı ilə diqqət çəkib. Aktrisa bildirib ki, həmin obrazla bu gün qarşılaşsaydı, ona fərqli yanaşardı:
“Bihterə paxıllıq etməzdim. Əgər o yaşda görüşsəydik, fərqli davranardım. Amma indi həyat təcrübəmdən istifadə edərək ona yaxşı bir bacı olardım”.
Verilişin ən çox diqqətçəkən hissəsi isə televiziya seriallarında artan zorakılıq səhnələri ilə bağlı müzakirələr olub. Esra Dermancıoğlunun “Məndən sonra səni kimsə döydü?” sualına cavab verən Beren Saat son illərdə çəkilən bəzi layihələri tənqid edib.
O bildirib ki, hazırkı seriallarda qadınlar arasında fiziki zorakılıq səhnələri həddindən artıq artıb:
“Bu mövsüm qadınlar arasında fiziki zorakılıq səhnələri inanılmaz dərəcədə çoxalıb. Düşünürəm ki, bu, artıq tarixi səviyyəyə çatıb”.
Aktrisanın bu açıqlamaları qısa müddətdə sosial mediada geniş rezonans doğurub və mövzu trend siyahısına düşüb. İstifadəçilərin bir qismi onun fikirlərini dəstəkləyib, digərləri isə serial sənayesindəki ümumi tendensiyaları müzakirə edib.
Mənsumə
Sfera.az