“Qızımın toyu çox gözəl keçdi. Toyda çox həyəcanlandım, əziyyət çəkdim. Qonaqların razı qalması, hər şeyin yaxşı alınması üçün narahat idim. Toydan sonra isə özümü yaxşı hiss etmirəm. Hazırda tez-tez həkimə gedib-gəlirəm. Toydan sonra həkimlərdə qalmışam”.


 


Sfera.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə açdığı canlı yayım zamanı deyib. Aktrisa qızı Məryəmin toyundan danışaraq bildirib ki, məclisdən sonra səhhətində problemlər yaranıb.


 


O, həmçinin qızının həyat yoldaşı ilə yaşadığını vurğulayıb:


 


“Qızım mənimlə yaşamır. Ailə qurubsa, həyat yoldaşının evində yaşamalıdır”.


 


Qeyd edək ki, Məryəm Vasif adlı bəylə ailə qurub.\axsam.az