“ABŞ Ermənistanla ikitərəfli münasibətlərin genişləndirilməsini əsas xarici siyasət prioriteti hesab edir”.
Sfera.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birlikdə jurnalistlərə açıqlamasında bildirib.
ABŞ dövlət katibi iddia edib ki, münasibətləri yalnız bu səfərlə məhdudlaşmır və bu, hazırkı administrasiyanın ən yüksək prioritetidir.
Onun sözlərinə görə, ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyasının uzadılması ikitərəfli münasibətlərin gələcəyini planlaşdırmaq üçün bir fürsətdir.
Fidan Hacızadə
Sfera.az