İrəvandakı Respublika Meydanında Birinci Ermənistan Respublikasının ildönümünə həsr olunan hərbi parad keçirilib.


 


Sfera.az xəbər verir ki, parad Ermənistanın Qarabağ müharibəsində məğlubiyyətindən sonra yaranan siyasi vəziyyət və 7 iyun parlament seçkiləri öncəsi təşviqat kampaniyası fonunda keçirilir.




Parad zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyan və digər yüksəkvəzifəli şəxslər iştirak ediblər.




Nikol Paşinyan daha əvvəl açıqlamasında bildirib ki, hərbi paradda son dörd il ərzində müxtəlif ölkələrdən alınan silahlar, eləcə də yerli istehsal olan hərbi texnikalar nümayiş etdiriləcək. 


 


Qeyd edək ki, Ermənistanda sonuncu hərbi parad 2016-cı il sentyabrın 21-də, ölkənin müstəqilliyinin 25 illiyi münasibətilə keçirilib. Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra hərbi paradlar əsasən 21 sentyabr, Müstəqillik Günü münasibətilə təşkil olunurdu.


 


Niyaz Hacıyev 


Sfera.az