Məşhur arabesk müğənnisi Güllünün şübhəli ölümü ilə bağlı həbs olunan qızı Tuğyan Ülkem Gülterin həbsxanadakı ilk fotosu ortaya çıxıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Anasını qəsdən öldürmə ittihamı ilə 2025-ci il soulnda (dekabr ayında) həbs edilən Tuğyan Ülkem Gülterin cəzaçəkmə müəssisəsindən mətbuata sızan şəklində onun həbsxanada nəzərəçarpacaq dərəcədə çəki aldığı görülüb.
Xatırladaq ki, "Kasımpaşalıyam" mahnısı ilə tanınan məşhur müğənni Güllü (əsl adı Gül Tut) Yalovadakı evinin pəncərəsindən düşərək faciəvi şəkildə həyatını itirmişdi.
Hadisə ilə bağlı başladılan cinayət işi çərçivəsində sənətçinin qızı şübhəli şəxs qismində tutularaq həbsxanaya göndərilmiş, onun sevgilisi Kervan isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılmışdı./bizimmedia
Mənbə:
sfera.az