Müğənni Teymur Əmrah bu gün Heydər Əliyev Sarayında ilk dəfə keçirilən konserti münasibətilə Elçin Cəfərov haqqında fikirlərini bölüşüb.
Sfera.az xəbər verir ki, sənətçi Elçin Cəfərovun həm bəstəkar, həm də ifaçı kimi uğurlu yaradıcılıq yolundan danışıb:
“İlk növbədə təbrik edirəm. Elçin çox gözəl bəstəkardır, gözəl insandır. Mən çox xoşbəxtəm, onun yaradıcılığından biri də odur ki, belə bir ifaçının ilk bəstəsi onun bəstəsidir. Müğənni olaraq xoşbəxtdir ki, onun yazdığından oxuyur. Özü də bəstələyir özü üçün, ifa edir öz əsərlərini, amma başqa bəstəkarlardan da oxuyur”.
Teymur Əmrah bildirib ki, Elçin Cəfərovun repertuarında fərqli bəstəkarların əsərlərinə də yer verilməsi gələcək yaradıcılığı baxımından önəmlidir.
Xalq artisti həmçinin Elçin Cəfərovun retro mahnıları uğurla ifa etdiyini vurğulayıb:
“Eyni zamanda retro mahnıları çox gözəldir. Ümumiyyətlə, Elçin Cəfərov ilk səhnəyə gələn vaxtdan yaxından tanıyıram. Bu gün də artıq öz əsərləri var, çox gözəl və yenə də təkrar edirəm, Azərbaycan mədəniyyətinə çox gözəl bir ifaçı olacaq”.
Firuzə Əliyeva
Sfera.az