“Taşacak Bu Deniz” teleserialında canlandırdığı Eleni obrazı ilə tanınan gənc aktrisa Ava Yaman yeni film layihəsindən gözlənilmədən imtina edib.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, aktrisa rejissor Hüseyn Eken tərəfindən çəkiləcək “Dokunmadan Aşk” filmində “Su” obrazını canlandırmağa razılıq vermişdi. Filmdə baş rolu isə Demirhan Demircioğlu oynayacaqdı. Məlumata əsasən, layihənin bütün hazırlıq işləri tamamlanmış, çəkiliş heyəti formalaşdırılmış və iyun ayında çəkilişlərə başlanması planlaşdırılmışdı.


 


Lakin çəkilişlərə sayılı günlər qalmış Ava Yaman layihədən ayrılmaq qərarı verib. Bildirilir ki, aktrisanın meneceri və atası Ali Yaman “Taşacak Bu Dəniz” serialının istehsalçı şirkəti ilə görüş keçirib. Görüşdən sonra ata və qızı Ava Yamanın karyerasının hazırkı mərhələsində kino layihəsində iştirak etməsinin hələ tez olduğu qənaətinə gəliblər və qərarlarını film komandasına çatdırıblar. Baş rol ifaçısının son anda layihədən ayrılması səbəbindən çəkilişlərin daha sonraya təxirə salındığı qeyd olunur. Türkiyə mətbuatının yazdığına görə, müqaviləni son anda ləğv edən Ava Yamanın istehsal şirkətinə kompensasiya ödəməli ola biləcəyi də iddia edilir.


 


Fidan Hacızadə


Sfera.az