Türkiyənin ən uzunömürlü serialı kimi tanınan “Arka Sokaklar”ın mövsüm finalı ilə bağlı yayımlanan tanıtım çarxı tamaşaçıları şoka salıb.


 


Sfera.az xəbər verir ki, fragmanda Rıza Baba da daxil olmaqla komanda üzvlərinin əməliyyat zamanı şəhid olduğu görüntülər yer alıb. Bu səhnələr sosial mediada böyük rezonans doğurub və izləyicilər arasında geniş müzakirələrə səbəb olub.


 


Serialın yeni tanıtımı ekran qarşısındakı tamaşaçıları sözün əsl mənasında sarsıdıb. İllərdir cümə axşamlarının vazkeçilməz layihələrindən olan serialın bu dəfəki mövsüm finalında belə bir ssenarinin təqdim olunması “həqiqətən bir dövr bitir, yoxsa bu sadəcə ustalıqla hazırlanmış bir tələdir?” sualını gündəmə gətirib.


 


İzləyicilər iki ehtimal üzərində dayanır: ya bu hadisələr komandanın düşmənlərini aldatmaq üçün qurduğu böyük bir plan, yəni “ters köşə”dir, ya da serial tarixində yeni bir mərhələnin başlanğıcıdır.


 


Gözlər indi yayımlanacaq mövsüm finalına yönəlib.


 


Mənsumə

Sfera.az