İran lideri Mücteba Hamaneyin müşaviri Muhsin Rızai ABŞ Prezidenti Donald Trampın hərəkətlərini kəskin tənqid edib.


 


Sfera.az xəbər verir ki, Rızai ABŞ-ın dəniz ablukasını davam etdirmək niyyəti və danışıqlarda irəli sürdüyü sərt şərtlərə görə Trampı “diplomatiyaya xəyanət etməkdə” ittiham edib.


 


Qeyd edək ki, mayın 28-də başlayan qarşıdurmadan sonra əldə olunan atəşkəs qərarı sülhə ümidləri artırsa da tərəflər arasında uzun müddətdir davam edən danışıqlardan hələ də müsbət nəticə əldə olunmayıb. Qarşılıqlı olaraq “həddindən artıq” qiymətləndirilən tələblər razılaşmanın əldə olunmasına maneə yaradır.


 


Son olaraq razılığın əldə olunduğu və ABŞ prezidentinin yekun qərar üçün komandası ilə görüş keçirdiyi bildirilsə də həmin iclasdan da konkret nəticə çıxmayıb.


 


Bundan sonra İran tərəfi sərt açıqlama ilə çıxış edib.


 


Muhsin Rızai sosial şəbəkə hesabında paylaşdığı mesajda bildirib:


 


“ABŞ prezidenti diplomatiyaya üçüncü dəfə xəyanət edir. Dəniz ablukasını davam etdirməsi və danışıqlarda həddindən artıq tələblər irəli sürməsi onun danışıqlara uyğun tərəf olmadığını və başqa məqsədlər güddüyünü bir daha göstərir”.  


 


Mənsumə

Sfera.az