Şəkərli diabet birdən-birə yaranmır, o, yanlış həyat tərzinin və maddələr mübadiləsinin tədricən pozulmasının nəticəsidir.
Sfera.az xəbər verir ki, rusiyalı mütəxəssis Aleksandr Kalyujin bu barədə ətraflı məlumat verib.
Həkim bildirib ki, diabetin formalaşmasında əsas mexanizm insulin dirənci ilə bağlıdır. Daimi artıq kalori qəbulu, şirin içkilər, qənnadı məmulatları və böyük porsiyalar mədəaltı vəzini həddindən artıq yükləyir. Zamanla hüceyrələr insulinə qarşı həssaslığını itirir və qanda şəkərin səviyyəsi yüksəlməyə başlayır.
Hərəkətsizlik bu prosesi daha da sürətləndirən əsas amillərdən biridir. İşləyən əzələlər qlükozanı aktiv şəkildə istifadə etdiyi üçün müntəzəm hərəkət bədənin insulinə həssaslığını artırır. Az hərəkətli həyat tərzi isə bu təbii prosesi zəiflədir.
Bundan başqa, xroniki yuxusuzluq, daimi stress, siqaret çəkmək və alkoqol qəbulu da risk faktorları sırasındadır. Xüsusilə çəki artımına, bel nahiyəsinin rəqəmlərinə qarşı laqeyd münasibət xəstəliyə dəvətnamə çıxarır. Ekspertin fikrincə, diabetə aparan tək vərdiş deyil, enerjinin çox qəbul edildiyi, əzələlərin az işlədiyi və orqanizmin yükləndiyi sabit həyat tərzidir. Demokrat.az