Sərfəli mobil operator “Nar” 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təhsilin inkişafına yönəlmiş təşəbbüslərini davam etdirir. Bu əlamətdar gün çərçivəsində şirkət Bakıda yerləşən Kimya-biologiya təmayüllü Respublika liseyinə 20 ədəd noutbuk təqdim edib.
Tədbirdə iştirak edən Kimya-biologiya təmayüllü Respublika liseyinin direktoru və “Nar”ın nümayəndəsi bildirib ki, gənclərin keyfiyyətli təhsil alması, müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, təqdim edilən noutbuklar şagirdlərin bilik və bacarıqlarının inkişafına töhfə verəcək, təhsilə yönəlmiş bu cür təşəbbüslər isə gələcəkdə ölkənin elm və iqtisadiyyatına dəyər qatacaq peşəkar kadrların yetişməsinə xidmət edir.
Qeyd edək ki, “Nar” təhsilə və gənclərin inkişafına dəstəyi korporativ sosial məsuliyyət fəaliyyətlərinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Şirkət qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrin mükafatlandırılması, nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin təşkili, eləcə də müxtəlif təhsil və inkişaf layihələrinin dəstəklənməsi vasitəsilə gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verir. pizza mizza
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
Telegram kanalımız