Dünyaca məşhur müğənni Dua Lipa ingilis aktyor Kallum Terner (Callum Turner) ilə ailə həyatı qurub.
Sfera.az bildirir ki, məşhur cütlük Londonun "Old Marylebone Town Hall" meriyasında baş tutan sadə bir nikah mərasimi ilə həyatlarını birləşdirib.
Mərasimdən sonra cütlük salondan taksi ilə ayrılıb. Onların bu dərəcədə sadə bir toy etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilər tərəfindən bəyənilib.
Qeyd edək ki, cütlük ilk dəfə Los-Ancelesdə birlikdə görüntülənib, bundan sonra onların sevgili olduqları iddia edilib. Qısa müddət sonra cütlük əl-ələ kameralara tuş gələrək münasibətlərini təsdiqləyiblər. Məşhurlar 2024-cü ildə nişanlanıblar.
Bəsti Rəfizadə
Sfera.az