1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bir çox məşhur sima bununla bağlı paylaşım edib.


 


Sfera.az xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızı əkizləri Arda və Arının fotosunu yayımlayaraq bunlarə yazıb:


 


"Mənim əziz balalarım, Arda və Arən... Nə tez böyüdünüz? Sizin gülüşünüzlə gülür, sevincinizlə sevinir, uğurlarınızla qürur duyuram. Sizinlə çox xoşbəxtəm, çox huzurluyam. Rəbbimə min dəfə şükür edirəm ki, məni sizin kimi gözəl övladlarla mükafatlandırıb. Bu gün Beynəlxalq Uşaqlar Günüdür. Bayramınız mübarək, mənim gözəl balalarım! Qoy Allah sizi qorusun, yolunuzu açıq, taleyinizi gözəl etsin. Qoy dünyadakı bütün uşaqlar sevgi ilə əhatə olunsun, ata-ana nəvazişi ilə böyüsün, üzlərindən təbəssüm heç vaxt əskik olmasın. Uşaqlar dünyanın ən saf sevgisi, ən gözəl duası və gələcəyin ən parlaq ümididir. Allah bütün balaları qorusun".



Xalq artisti Brilliant Dadaşova oğlu Cahadla videosuna "Bütün balaları Allah qorusun. Hər gün dünyada uşaqlar günü olsun" şərhini yazıb. 


 


Xalq artisti Həmidə Ömərova da nəvəsi ilə foto yayımlayıb və "Uşaqlar günü" qısa şərhini yazıb. 





 


Mərhum Aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva qızı Züleyxanın fotolarını yayımlayaraq "Mənim Zuleyxam, sən həyatımın ən gözəl səbəbi, ən böyük gücüsən. Üzündən gülüş heç vaxt əskik olmasın. Hər gün sənə bayram olsun. Bunun üçün əlimdən gələni edəcəyəm" sözlərini əlavə edib.


 



 


Prodüser Tarix Əliyev qızı Milana ilə fotolarına "Bu gün uşaqların günüdür. Uşaqlar həyatın ən saf gülüşü, ən səmimi sevgisi və gələcəyə uzanan ən böyük ümididir. Onların gözlərində qurulan xəyallar, əslində sabahımızın təməlidir. Hər bir uşaq sevgi ilə böyüməyi, qayğı ilə əhatə olunmağı və xoşbəxt uşaqlıq yaşamağı haqq edir. Bəzən bir uşağın təbəssümü dünyanı dəyişməyə kifayət edir. Çünki uşaqlar bizə təmiz qəlbi, qarşılıqsız sevgini və həyata yenidən inanmağı öyrədirlər. Gəlin, bu günü sadəcə təbrik etməklə kifayətlənməyək. Bütün uşaqların təhlükəsiz, sağlam, xoşbəxt və işıqlı gələcəyi üçün üzərimizə düşən məsuliyyəti də unutmayaq. Bütün balaların bayramı mübarək olsun! Arzularınız göy üzü qədər geniş, yollarınız günəş qədər aydın, qəlbiniz isə hər zaman sevgi ilə dolu olsun" sözlərini yazıb.


 



 


Aktrisa Xəyalə Quluyeva da övladları ilə foto yayımlayıb. O, görüntüyə "Daha boyum boyunuza çatsın deyə, aşağı əyilmirəm. Boyunuz boynumu dik tutur! Allah bütün balaları qorusun" sözlərini yazıb.\axsam.az