1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Azercell Könüllüləri” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün maarifləndirici və əyləncəli proqram həyata keçirib.


Tədbirin məqsədi uşaqlara qayğı və diqqət göstərməklə yanaşı, onların təhlükəsizlik sahəsində bilik və bacarıqlarının inkişafına töhfə vermək olub. Qurban bayramında uşaqlar üçün əyləncəli proqram təşkil edən Könüllülər bu dəfə onların təhlükəsizlik sahəsində bilik və bacarıqlarının inkişafına yönəlmiş maarifləndirici təşəbbüslə çıxış ediblər.


Proqram çərçivəsində 9–15 yaş aralığında olan uşaqlar üçün mülki müdafiə və təhlükəsizlik mövzusunda interaktiv təlim keçirilib. İştirakçılar gündəlik həyatda qarşılaşa biləcəkləri risklər, fövqəladə hallar zamanı düzgün davranış qaydaları və təhlükəsizlik tədbirlərinin əhəmiyyəti barədə məlumat əldə ediblər. pizza mizza


Təlimin davamı olaraq uşaqlar “Təhlükəsizlik uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə qatılaraq mövzu ilə bağlı düşüncələrini yaradıcılıq yolu ilə ifadə ediblər. Öyrənmə və yaradıcılığı bir araya gətirən müsabiqə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.


Tədbirin sonunda bütün iştirakçılara hədiyyələr təqdim olunub, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbriklər çatdırılıb.


Qeyd edək ki, “Azercell Könüllüləri” 2001-ci ildən fəaliyyət göstərir. Könüllülərin fəaliyyəti təhsil, sosial rifah və icma inkişafı istiqamətlərində həyata keçirdikləri təşəbbüslərlə cəmiyyətin həssas qruplarına dəstək göstərməyə, uşaqların və gənclərin inkişafına töhfə verməyə yönəlib.



Telegram kanalımız