Aparıcı Şəbnəm Naibli ailə münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.


 


Sfera.az xəbər verir ki, tele-aparıcı kişi və qadın münasibətlərindən danışarkən ailədə yaranan problemlərin əsas səbəblərindən birinin kişinin ailədəki mövqeyi ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, qarşılıqlı hörmət və məsuliyyət ailənin möhkəmliyində mühüm rol oynayır.


 


Şəbnəm Naibli qeyd edib ki, qadın həyat yoldaşına hörmət etmədikdə və onun fikirlərini nəzərə almadıqda ailədaxili münasibətlərdə problemlər yaranır. Aparıcı ailədə söz sahibinin və məsuliyyət daşıyan tərəfin olmasının vacibliyini vurğulayıb.


 


O, həmçinin ailə tərbiyəsinin əhəmiyyətindən danışaraq bildirib ki, qız övladları böyüdükləri mühitdən gördüklərini gələcək ailə həyatlarında da davam etdirirlər. Aparıcının fikrincə, valideynlər övladlarına ailə dəyərlərini düzgün aşılamalıdırlar.


 


Şəbnəm Naibli əlavə edib ki, ailədaxili narazılıqların hər zaman ayrılıqla nəticələnməməsi üçün tərəflər problemləri dialoq yolu ilə həll etməyə çalışmalıdırlar. Bununla yanaşı, zorakılıq, laqeydlik və ya ciddi problemlər olduğu hallarda ailənin öz övladına dəstək verməsinin vacib olduğunu vurğulayıb.


 


Aparıcının bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər onun açıqlamalarına fərqli münasibətlər bildirərək mövzu ətrafında müxtəlif rəylər səsləndiriblər.\milli.az