Xalq artisti Röya Ayxan 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaq evi sakinləri və Daun sindromlu uşaqlarla görüş keçirib.
Sfera.az xəbər verir ki, sevilən sənətçi görüş zamanı ən məşhur mahnılarını səsləndirərək balacalara unudulmaz anlar yaşadıb.
Röya Ayxanın ifası və uşaqlarla səmimi ünsiyyəti tədbir iştirakçıları tərəfindən böyük maraq və sevgi ilə qarşılanıb.
Görüşdə sənətçinin qardaşı İsmayıl da iştirak edib. O, bacısı ilə birlikdə sevilən mahnıları ifa edərək tədbirə xüsusi rəng qatıb.
Bayram proqramı boyunca uşaqlar əyləncəli və duyğusal anlar yaşayıblar. Sənətçilər uşaqlarla yaxından maraqlanaraq onlarla xatirə şəkilləri çəkdirib, səmimi söhbətlər aparıblar.
Tədbirin əsas məqsədi uşaqlara sevinc bəxş etmək, onlara sevgi, diqqət və qayğının vacibliyini bir daha xatırlatmaq olub. Görüş iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və xoş təəssüratlarla yadda qalıb.